"Zelenski sülh istəyirsə, Moskvaya gəlməlidir"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə həqiqətən sülhə nail olmaq istəyirsə, Moskvaya gələrək Vladimir Putinlə görüşməlidir.

Bunu britaniyalı hərbi analitik Aleksandr Merkuri bildirib.

O, qeyd edib ki, Rusiya tərəfi Zelenskini Moskvada qəbul etməyə hazırdır. Onun fikrincə, Avropa ölkələrinin bu məsələdə razılıq verməsi Rusiya ilə ciddi danışıqların başlanmasına yol aça bilər.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da daha əvvəl Zelenskinin müxtəlif kanallar vasitəsilə ünsiyyətə hazır olduğu barədə siqnallar göndərdiyini bildirmişdi.