Kriptovalyuta bazarında ucuzlaşma davam edir. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyəti dəyər itirib, “Bitcoin”in qiyməti isə 77 min dollardan aşağı düşüb.
“CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 2,21% ucuzlaşaraq 76 761,78 ABŞ dollarına enib.
Kriptovalyutanın qiyməti son 7 gündə 3,61%, son 30 gündə isə 9,49% azalıb.
“Ethereum” 2,39% ucuzlaşaraq 2 249,39 dollara, BNB 2,58% azalaraq 695,02 dollara düşüb. Ən kəskin eniş “Zcash”da qeydə alınıb. Kriptovalyuta 11,37% dəyər itirərək 1 134,84 dollara geriləyib.