Vicdanlarının səsinə və ya həyat səviyyələri ilə bağlı narahatlıqlarına qulaq asan amerikalılar "Müharibəyə yox" dedilər və biz də bu mövqeyi dəstəkləyirik.
Bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf özünün X hesabında ABŞ-da keçirilən aralıq seçkilərinin nəticələri ilə bağlı yazıb.
“Əgər ABŞ hökuməti beynəlxalq kukla idarəçilərinə və şantajçılara xidmət etmək naminə xalqın iradəsinə xəyanət edərsə, “Yox” cavabımızın əsl kabusa çevriləcəyini anlayacaq”, - Qalibaf bildirib.
Qeyd edək ki, ABŞ-da keçirilən aralıq seçkilərdə demokratlar qalib gəlir.