Bu ilin son iki ayında hansı bürclər evlənəcək?

2026-cı ilin başa çatmasına cəmi iki ay qalıb. İlin sonuna yaxınlaşdıqca bəzi bürclər üçün sevgi həyatında mühüm dəyişikliklər, gözlənilməz evlilik təklifləri və ciddi münasibətlər gündəmə gələ bilər.

Astroloji proqnozlara görə, noyabr və dekabr ayları bir sıra bürclər üçün nikah və yeni münasibətlərin başlanğıcı olacaq.

Həmin bürcləri təqdim edirik:

Xərçəng

Əgər münasibətinizdə evlilik qərarı təxirə salınıbsa, bu son iki ay ərzində qəfil nikah və ya gözlənilməz toy ilə ailə həyatı qura bilərsiniz.

Buğa

Evlilik hazırlığında olan Buğalar üçün ilin son iki ayı münasibətləri rəsmiləşdirmək baxımından əlverişli görünür. Nikah və yeni ev planları gündəmə gələ bilər.

Qız

Gözlədikləri evlilik təklifi ilə qarşılaşa bilərlər. Ciddi münasibəti olan Qızlar üçün ilin sonu unudulmaz hadisələrlə yadda qala bilər.

Balıqlar

Subay Balıqlar üçün noyabr ayı dönüş nöqtəsi ola bilər. Həyatlarına daxil olacaq insanla münasibətləri ciddi istiqamətdə inkişaf edə bilər.

Şir

Uzun müddətdir qeyri-müəyyən davam edən münasibətlər bu aylarda ciddiləşə bilər. Gələcək planları və evlilik qərarları gündəmə gələcək.

Qoç

Bu bürcləri gözlənilməz qərarlar gözləyir. Ailələrin tanışlığı, elçilik və nişan mərasimləri ilin sonuna qədər baş tuta bilər.

Oxatan

Oxatanları ilin son iki ayında sevgi həyatında sürətli dəyişikliklər gözləyir. Gözlənilməz evlilik qərarı verə, münasibətlərini rəsmiləşdirmək üçün ilk addımı ata bilərlər.

Oğlaq

Qeyri-müəyyən münasibətlərini rəsmiləşdirmək istəyən Oğlaqlar üçün də ilin son iki ayı əhəmiyyətli ola bilər. Partnyorları ilə gələcəyə dair ciddi qərarlar qəbul edə bilərlər.