BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb

Bu ilin ilk 9 ayında yarısında bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı – 333 müəssisə) xərcləri 1 489,9 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 27,6% artım deməkdir.

Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin 9 ayının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 672,6 mln. dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (58 şirkət üzrə) 360,9 mln. dollar xərcləyib. Bundan başqa, həmin dövrdə BP-nin 227 kiçik və orta müəssisə üzrə xərcləri 408,3 mln. dollar, 34 dövlət şirkəti üzrə xərcləri isə 48,1 mln. dollar təşkil edib.