Bakı, 3 noyabr, AZƏRTAC ABŞ administrasiyası İranla mümkün razılaşmanın əldə olunması üçün konkret vaxt çərçivəsi müəyyən etməyib.AZƏRTAC xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens jurnalistlərə açıqlamasında bildirib.Onun sözlərinə görə, Vaşinqtonun əsas tələbi İranın nüvə proqramının tamamilə dayandırılması və gələcəkdə bərpa edilməməsinə zəmanət verilməsidir.Vens qeyd edib ki, bu məsələ ABŞ-nin Tehranla danışıqlarda başlıca narahatlığı olaraq qalır.Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla bağlı hərbi əməliyyatların bərpası barədə qərar verməyə tələsmədiyini bildirmişdi.