Bakı, 3 noyabr, AZƏRTAC ABŞ və İran arasında münaqişənin başa çatdırılması ilə bağlı danışıqlarda müəyyən irəliləyiş əldə olunub.AZƏRTAC xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens bildirib.Onun sözlərinə görə, tərəflər arasında bir sıra müsbət məsləhətləşmələr aparılıb və danışıqların davam etdirilməsi nəzərdə tutulur. Vens ABŞ Prezidenti Donald Trampın da diplomatik həll perspektivlərinə nikbin yanaşdığını qeyd edib.Bununla yanaşı, Vitse-prezident İran tərəfinin mövqeyinin bəzən gözlənilməz olduğunu vurğulayıb və Tehrana qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalının istisna edilmədiyini bildirib.