ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının Konqresə aralıq seçkilərdə qələbə qazanmasının ölkə üçün ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.
Tramp Respublikaçılar Partiyasının Nümayəndələr Palatasına və Senata nəzarəti itirməsinin ABŞ üçün təhlükə yaradacağını deyib.
“Əgər biz Nümayəndələr Palatasına, Senata və prezident postuna nəzarəti itirsək, ölkəmizin sonu çatacaq”, – deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, ABŞ-də Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək.