Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Ramin Orucov Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

Teleqraf-a istinadən, R.Orucov bu təyinatadək Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.

Gəncə Regional Mərkəzinin əvvəlki rəisi Rövşən Nəbiyev isə Qəbələ Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.