Kanada xarici siyasətini dəyişir: ABŞ-dən asılılığı azaltmaq istəyir

“Kanada ABŞ-dən həddindən artıq asılıdır və digər ölkələrlə də tərəfdaşlıq əlaqələrini genişləndirməlidir”.

Bunu Kanadanın Baş naziri Mark Karni bəyan edib.

O bildirib ki, kanadalıların baş verən hadisələrdən çıxardığı əsas dərs ABŞ-dən asılılığın azaldılması və ölkənin daxili potensialının gücləndirilməsidir.

Karni qeyd edib ki, Kanada beynəlxalq arenada özünə yaxın dəyərləri bölüşən dövlətlərlə tərəfdaşlığını şaxələndirməli və dərinləşdirməlidir.

Baş nazirin sözlərinə görə, Kanadanın dəyərləri ən çox Avropa İttifaqının dəyərləri ilə üst-üstə düşür. Tərəflərin güclü tərəfləri bir-birini tamamladığı üçün bu tərəfdaşlıq getdikcə inkişaf edir.