Bakı, 2 noyabr, AZƏRTAC Qlobal temperaturun sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə Selsidən çox artması kriosferdə – buzlaqlarda, qütb buz örtüklərində, çoxillik buzlaq ərazilərdə və dəniz buzlaqlarında geridönməz dəyişikliklərə səbəb ola bilər. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə hazırlanmış yeni hesabatda alimlər bu barədə xəbərdarlıq edirlər.AZƏRTAC BMT-yə istinadla xəbər verir ki, Kriosfer İqlimi üzrə Beynəlxalq Təşəbbüsün (ICCI) 80 mütəxəssisinin UNEP ilə birgə hazırladığı tədqiqatda vurğulanır ki, Paris Sazişində müəyyən edilmiş temperatur həddinin hətta müvəqqəti aşılması belə Yer kürəsinin iqlim sistemində uzunmüddətli fəsadlara yol aça bilər.Alimlərin hesablamalarına görə, hazırkı iqlim siyasəti dəyişməz qalarsa, qlobal istiləşmə 2,8 dərəcəyə çata bilər. Belə bir ssenari Yer səthinə yaxın yerləşən çoxillik buzlaq ərazilərin, demək olar ki, tamamilə itirilməsinə, onların əriməsinin sürətlənməsinə və dünya okeanının səviyyəsinin yüksəlməsinə səbəb olacaq.Qrenlandiya və Antarktida buz örtüklərinin vəziyyəti xüsusi narahatlıq doğurur. Hazırda bu ərazilərdə buz itkisi 1990-cı illərlə müqayisədə təxminən altı dəfə sürətlə gedir. Temperaturun yenidən 1,5 dərəcə səviyyəsinə enməsi belə bu prosesi tam dayandıra bilməyəcək.Hesabata əsasən, qlobal temperaturun 2,8 dərəcə artması nəticəsində Alp dağlarında, İslandiyada və Skandinaviyada mövcud buzlaq kütləsinin 10 faizindən də az hissəsi qala bilər. İstiləşmənin 1,5 dərəcə ilə məhdudlaşdırılması fonunda isə bu göstərici 20-35 faiz təşkil edəcək.Hindukuş-Himalay dağlıq bölgəsində daha çox ciddi fəsadların yaranacağı gözlənilir. Bu bölgənin buzlaqları planet əhalisinin təxminən dörddəbirini su ilə təmin edir. Hazırkı iqlim siyasəti davam edərsə, burada buz kütləsinin yalnız 41 faizi qorunub qala bilər. Qlobal temperaturun 1,5 dərəcə artım ilə məhdudlaşacağı ssenaridə isə bu göstərici təxminən 83 faiz olacaq.Hesabatın aparıcı müəllifi, Kriosfer İqlimi üzrə Beynəlxalq Təşəbbüsün qlasioloqu Ceyms Kirkhem qeyd edir ki, qar və buz temperaturun cüzi artımına belə həssasdır. Lakin ciddi dəyişikliklərə məruz qalmış bu sistemlərin bərpası əsrlər, hətta minilliklər çəkə bilər.Alimlər 1,5 dərəcəlik həddin aşılacağı dövrü mümkün qədər qısaltmağın, istixana qazı emissiyalarının azaldılmasını sürətləndirməyin və atmosferdən karbon qazının təmizlənməsini təmin etməyin vacibliyini vurğulayırlar. Uzunmüddətli perspektivdə isə 2150-ci ilədək qlobal istiləşmənin 1 dərəcədən aşağı səviyyəyə qaytarılması təklif olunur.Məruzənin müəllifləri xəbərdarlıq edirlər ki, kriosferin itirilməsi təkcə qütb və dağlıq bölgələrlə məhdudlaşmayacaq, su təhlükəsizliyinə, ekosistemlərə və yüz milyonlarla insanın həyatına təsir göstərəcək.
Bu gün
1381 xəbər bu gün
Qanun layihəsi
Büdcə layihəsi
Sahil Babayev
Vəsait
Nazir
Qanun layihəsi
Əbdül əs-Sayed
Paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Noyabrın 3-də saat 09:38-da Xocasən–Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində Cavid Ağayevin idarə etdiyi "Toyota" markalı avtomobil körpəsini uşaq arabasında aparan piyada A. Abdullayevanı…
Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsir göstərəcəyini gözləmir. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, gələn il büdcə kəsirinin əsasən daxili və…
Xüsusilə külli-miqdarda mənimsədə ittiham edilən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sabiq vəzifəli şəxsi Səday Alıyevin cinayət işi üzrə məhkəməsi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi…
Qazax rayonunda 33 yaşlı Xanlar Vəkilovun bıçaqlanmasının təfərrüatı məlum olub.
2027-ci ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat proqnozlaşdırılır. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında…
Növbəti il üzrə təhsil xərclərinə 5 milyard 99 milyon manat məbləğində vəsait ayrılması proqnozlaşdırılır. Bu, 2026-cı illə müqayisədə 82.6 milyon manat və ya 1.6 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 479.5 milyon…
Azərbaycan Mərkəzi Bankı qiymətli kağızlar bazarının hüquqi çərçivəsinin təkmilləşdirilməsi üçün qanunvericiliyə dəyişikliklər layihəsi hazırlayıb. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. Layihə hazırda aidiyyəti…
2027-ci ilin dövlət büdcəsində VII çağırış Milli Məclisin deputatlarının təmsil etdikləri siyasi partiyaların, həmçinin Milli Məclisə keçirilən seçkilərdə etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan…
"Regionların büdcədən asılılığı azaldılıb".
Təhsil xərclərimiz növbəti ildə 5,1 milyard manat olaraq proqnozlaşdırılır və bu da büdcə xərclərinin 12%-idir. İcra olunmuş 2025-ci illə müqayisədə bu 479 milyon manat və ya 10,4% çoxdur. Bunu maliyyə naziri Sahil…
2027–2030-cu illərdə təhsil sahəsində həyata keçiriləcək əsas istiqamətlər açıqlanıb. Bu istiqamətlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan…
Noyabrın 3-də saat 09:38-də Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində Cavid Ağayevin idarə etdiyi "Toyota" markalı avtomobil körpəsini uşaq arabasında aparan piyada A.Abdullayevanı…
Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə də pul siyasətini mövcud rejim çərçivəsində həyata keçirəcək, məzənnə sabitliyi isə qiymət sabitliyinin başlıca lövbəri olaraq qalacaq. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib…
Gələn il Azərbaycanda Dövlət İnvestisiya Proqramı üzrə xərclərin 5,3 milyard manat olması nəzərdə tutulur ki, bunun 1,9 milyard manatını dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri), 3,4 milyard manatını isə…
2027-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 510 milyon manat proqnozlaşdırılır. Bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında…
2027-ci ildə ABŞ dollarının manata məzənnəsi 1,70 manat səviyyəsində proqnozlaşdırılır. Bunu Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı…
2027-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, Bakı şəhərində ekoloji mühiti yaxşılaşdırmaq üçün yaşıllıq sahələri genişləndirilərək Ümumdünya Səhiyyə Təşkilatının normalarına çatdırılacaq.
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində artım nəzərdə tutulur.
Son altı ildə 1127 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin tabeliyində Sosial Xidmətlər…
"İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5%-ə çatacaq. Bu da cari illə müqayisədə 1,5% bəndi çoxdur". Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü…
Turab Zeynalov adlı əslən azərbaycanlı olan Rusiya vətəndaşı bu yaxınlarda Ermənistanın paytaxtı İrəvana səfər edib. Bu barədə məlumatı T.Zeynalov özünün “YouTube” kanalında paylaşıb. Təəssüratlarını və səfərlə bağlı…
"Bugünkü geosiyasi vəziyyəti qiymətləndirdikdə neftin qiymətinin daha yüksək ola biləcəyini düşünürük".
Ortamüddətli dövrdə dövlət büdcəsinin xərc siyasətinin başlıca sosial-iqtisadi hədəfləri bəlli olub. Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə…