Mərkəzi Bank sədri: 2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5,5% olub

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində 2026-cı ildə də Azərbaycanın beynəlxalq nüfuzunun və strateji mövqeyinin gücləndiyi, yeni inkişaf imkanlarının yaratdığı bir il kimi yaşamaqdadır.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, bu gün ölkəmiz nüfuzlu beynəlxalq forumlara və mötəbər tədbirlərə ev sahibliyi edərək qlobal dialoq və əməkdaşlığın aparıcı platformalarından birinə çevrilir: “Eyni zamanda Şərqlə Qərb arasında mühüm tranzit və logistika mərkəzi kimi Azərbaycanın rolu artır, Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı quruculuq işləri aparılır.

Bütün bunlar ölkəmizin iqtisadi potensialını, beynəlxalq əhəmiyyətini və davamlı inkişaf strategiyasını aydın nümayiş etdirir.

2026-cı ilin ötən dövründə geosiyasi münaqişələr fonunda qlobal iqtisadi aktivlik azalmış, əmtəə qiymətlərindəki yüksəliş qlobal inflyasiyanı artırmışdır.

Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə cari ilin sentyabrında qlobal əmtəə qiymətləri indeksi illik 32,8% artırılmışdır.

Beynəlxalq Valyuta Fondunun oktyabr hesabatına əsasən qlobal iqtisadi artımın 2026-cı ildə 3,1% olacağı proqnozlaşdırılır ki, bu da ötən ildəki 3,5%-lik artımdan azdır.

Oktyabr hesabatında qlobal inflyasiya proqnozu 2026-cı ilin sonuna 4,7% müəyyən edilib, Azərbaycanın ticarət tərəfdaşlarında illik inflyasiya ötən ilin sonundakı 7,5%-dən cari ilin sentyabrında 7,8%-ə qalxmışdır.

Mürəkkəb qlobal mühitdə 9 ayda ölkədə iqtisadi artım davam edir. Bu dövrdə ümumi daxili məhsul real ifadədə 1,5%, qeyri-neft-qaz sektorunda 2,6% artıb.

Mərkəzi Bankın oktyabr proqnozlarına görə 2026-cı ilin sonu ümumi daxili məhsul 1,3%, qeyri-neft-qaz ümumi daxili məhsulu isə 2,8% artacaqdır”.

Mərkəzi bank sədri bildirib ki, 2026-cı ilin 9 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 10,5 milyard ABŞ dolları müsbət saldo qeydə alınıb: “Xatırladaq ki, 2026-cı ilin 6 ayında cari əməliyyatlar hesabının profisiti 4,7 milyard ABŞ dolları səviyyəsində formalaşmışdı və ya ümumi daxili məhsulun 12,4%-ni təşkil edib.

Mərkəzi Bankın son proqnozlarına əsasən cari əməliyyatlar balansının profisiti 2026-cı ilin sonuna 8,5 milyard ABŞ dolları olacağı gözlənilir.

Xarici sektor göstəricilərinin yaxşılaşması strateji valyuta ehtiyatlarının artırılmasına zəmin yaradır.

Strateji valyuta ehtiyatları 9 ayda 5,1% artmış və 89,4 milyard ABŞ dollarına çatıb. Bu ehtiyatlar 40 aylıq mal və xidmət idxalını kifayət etməklə bərabər manatla geniş pul kütləsini 3,4 dəfə üstələyir.

Cari ildə də pul siyasəti monetar şərait vasitəsilə inflyasiyanın hədəfdə saxlanılmasına yönəldilib.

2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5,5% olmuşdur. İlkin baza inflyasiya sentyabrda 4,9% təşkil edib.

Qiymətləndirmələrə görə son bir ildə inflyasiyanın dinamikasına ən çox artırıcı təsir göstərən amil ticarət tərəfdaşlarındakı inflyasiya olmuşdur.

2026-cı ilin ötən dövründə məznnə sabitliyi valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi şəraitində təmin edilib.

Mərkəzi Bankın iri həcmli valyuta alışları həyata keçirilmişdir və valyuta ehtiyatları 10 ayda 3,9 milyard ABŞ dolları artaraq 15,4 milyard ABŞ dolları səviyyəsinə çatıb. Bu isə 34% artım deməkdir ilin əvvəlinə.

15.4 milyard ABŞ dolları Mərkəzi Bankın ehtiyatları Azərbaycan müstəqillik tarixində maksimum səviyyəsidir.

Milli valyutaya inam artmaqda davam edir.

Son bir ildə əmanətlərin dollarlaşması rezident fiziki şəxslər üzrə 3,3% bəndi azalaraq 25,7%-ə, qeyri-rezident fiziki şəxslər üzrə isə 5,7% azalaraq 54,6% səviyyəsinə düşmüşdür.

Cari ildə monetar sektor göstəriciləri izafi likvidlik şəraitində formalaşıb.

Məcburi ehtiyatlar çıxmaqla, çıxılmaqla bank sektorunun struktur likvidliyi profisiti cari ilin oktyabrında 6,4 milyard manata çataraq ötən ilin sonu ilə müqayisədə 2,2 dəfə artmışdır.

Bu şəraitdə banklararası təminatsız pul bazarında bağlanılmış əqdlər üzrə orta faizləri faiz dəhlizi daxilində idarə edilmişdir.

Hazırda bank sistemin normativləri pozmadan 4.6 milyard manat əlavə kredit verə biliblər.

2026-cı ilin ötən dövründə bank sektoru sabit fəaliyyəti davam etdirmişdir.

Bank sektorunda məcmu kapital adekvatlıq səviyyəsi 16,7% və likvidliyin örtülmə əmsalı 156% olmaqla normativləri əhəmiyyətli üstələmiş, sektor mənfəətlə fəaliyyət göstərmişdir.

Bank sektorunun aktivləri genişlənməsi iqtisadi fəaliyyətə dəstək vermişdir.

Belə ki, bank sektorunun aktivləri 10 ayda 15,1% artaraq 65,7 milyard manata çatmışdır.

Kredit portfeli 14% artaraq 34,3 milyard manata çatmışdır.

Bu dövrdə bank sektorunda qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı cəmi 2,7% olmuşdur”.

Taleh Kazımov vurğulayıb ki, dövr ərzində əhalinin əmanətləri 12,9%, o cümlədən müddətli əmanətləri 13,7% artmışdır: “Sığorta sektorda 9 ayda ötən ilin eyni dövrü ilə müqayisədə sığorta haqları 8%, sığorta ödənişləri isə 29% artmışdır.

Sığorta haqların 80% könüllü, 20%-i isə icbari sığorta növlərinin payına düşür.

Sığorta haqlarının 56%-i həyat, 44%-ini isə qeyri-həyat sığorta sahəsi üzrə yığımlar təşkil etmişdir.

Kapital bazarları bazarlarında 9 ayda qiymətli kağızlar bazarında ticarət dövriyyəsinin ümumi həcmi 35 milyard manat təşkil etmişdir.

Səhm bazarında əməliyyatların ümumi həcmi 9 dəfə artaraq 2,6 milyard manata çatmışdır.

Korporativ qiymətli kağızlar bazarında ticarət dövriyyəsi 77%, bağlanmış əqdlər isə əqdlərin sayı isə 2,5 dəfə artmışdır.

Cari ildə qiymətli kağızlar bazar sahəsində QGÇ çərçivənin təkmilləşdirilməsi məqsədi ilə qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanmışdır.

Hazırda layihə aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqdadır.

Ödəniş sistemlərin sabit və etibarlı fəaliyyətinin təmin edilməsi də daim Mərkəzi Bankın diqqət mərkəzindədir.

2026-cı ilin 9 ayında milli ödəniş sistemi vasitəsilə keçirilən ödənişlərin həcmi ümumi daxili məhsulun 8,5 misli həcmində olub”.