Uşağın anadan olmasına görə ödənilən müavinət 1500 manat olacaq

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləği artırılır.

Bu “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, növbəti ildə uşağın doğulmasına görə ödəniləcək məbləğin 1500 manat olması proqnozlaşdırılır.

Xatırladaq ki, 2026-cı ildə sözügedən məbləğ 600 manat olub.