3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində artım nəzərdə tutulur.
Oxu.Az-a istinadən, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Belə ki, üç yaşınadək uşağa qulluğa görə bir nəfərə düşən məbləğ 37.58 manatdan 100 manata qaldırılır.