Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə də pul siyasətini mövcud rejim çərçivəsində həyata keçirəcək, məzənnə sabitliyi isə qiymət sabitliyinin başlıca lövbəri olaraq qalacaq. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, gələn il cari əməliyyatlar hesabında gözlənilən təxminən 5,4–5,5 milyard ABŞ dolları profisit valyuta bazarında tarazlığı dəstəkləyəcək.
Pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf diapazonunda saxlanılması olacaq. AMB-nin oktyabr üzrə baza proqnozuna əsasən, 2027-ci ildə illik inflyasiya 5,9% təşkil edəcək.
Pul bazarında qısamüddətli faizlər köməkçi əməliyyat hədəfi kimi istifadə olunacaq. AMB pul siyasətinin ötürücülüyündə faiz kanalının gücləndirilməsi istiqamətində tədbirləri də davam etdirəcək.