Təhsil xərclərimiz növbəti ildə 5,1 milyard manat olaraq proqnozlaşdırılır və bu da büdcə xərclərinin 12%-idir. İcra olunmuş 2025-ci illə müqayisədə bu 479 milyon manat və ya 10,4% çoxdur.
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, səhiyyə xərcləri 2,1 milyard manat və ya büdcə xərclərinin təqribən 5% olaraq proqnozlaşdırılır. Bu da 2025-ci illə müqayisədə 809 milyon manat və ya 63% çoxdur.
"Səhiyyə xərclərinin böyük hissəsi icbari tibbi sığorta hesabına qarşılandığına görə onlar icmal səhiyyə xərclərində görünür. Növbəti il icmal səhiyyə xərclərimiz 4 milyard manat olaraq proqnozlaşdırılır. Bu da 2025-ci illə müqayisədə 1 milyard manat və ya 36% çoxdur".
Günay Şahmar, Bizim.Media