Bakıda maşın "Arzum" mağazasına girdi - Foto

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal-a istinadla, hadisə "Memar Əcəmi" metrostansiyası yaxınlığında qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində maşınlardan biri "Arzum" mağazasına çırpılıb.

Faktla bağlı araşdırma aparılır.