Kreml Rusiyanın TDT-də iştirakını istisna etmir

Rusiyanın Türk Dövlətləri Təşkilatında (TDT) iştirakı ölkədə yaşayan xalqlar arasında tarixi və mədəni əlaqələr baxımından başadüşülən və məqsədəuyğun olardı.

Bu fikri RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın təşkilata mümkün qoşulması ilə bağlı suala cavab olaraq ifadə edib.

Onun sözlərinə görə, Rusiya tərəfi hələ rəsmi dəvət almayıb. Lakin o, bu mövzunun Qazaxıstanla qarşıdakı təmaslar zamanı müzakirə olunacağını istisna etməyib.

Kremlin sözçüsü bildirib:

“Yəqin ki, bu mövzu Astana ilə, Astanadan olan dostlarımızla təmaslarımızın gündəliyində olacaq”.

Peskov xatırladıb ki, Rusiyada yaşayan xalqlar tarixən türk dili və mədəniyyəti birliyinə mənsubdurlar.

“Əlbəttə, bu səbəbdən iştirakımız tamamilə başadüşülən, məqsədəuyğun və təbii olardı”, – deyə o qeyd edib.