Bakıda avtomobil “Arzum” mağazasına çırpıldı – FOTO

Bakının "Memar Əcəmi" metro stansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Hadisənin görüntüləri “Threads” sosial şəbəkəsində paylaşılıb.

Məlumata görə, iki avtomobil toqquşub, onlardan biri “Arzum” mağazasının girişinə çırpılıb. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib.

Qəza nəticəsində xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.

İradə Elsevər