Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib

İranın ali rəhbəri Müctəba Xamenei hökumətə İran-ABŞ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Vaşinqtonla danışıqlar aparmaq səlahiyyəti verib.Bu barədə İran Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Prezident Məsud Pezeşkian noyabrın 2-də əyalətlərin qubernatorları və böyük şəhərlərin merləri ilə görüşündə bildirib:

"Biz problemi dialoq yolu ilə həll etmək üçün səy göstəririk. Bu məsələdə ali rəhbər də hökumətə müəyyən səlahiyyətlər verib".

O, ABŞ və İsrailin İrana qarşı müharibəsinin yaratdığı problemlərin və çağırışların aradan qaldırılması prosesində ölkə əhalisinin iştirakının vacibliyini vurğulayıb.