İsrail Qazaxıstanla texnologiya sahəsində əməkdaşlığı müzakirə etdi

Bu gün İsrail Prezidenti İsxaq Hersoq Qazaxıstan Baş nazirinin müavini Jaslan Madiyevlə görüşüb.

Bu barədə İsrail prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş Qazaxıstan nümayəndə heyətinin İsraildə ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün səfəri çərçivəsində Qüdsdə keçirilib.

Tərəflər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsini, xüsusilə texnologiya, süni intellekt, su ehtiyatlarının idarə olunması, faydalı qazıntılar və turizm sahələrində əlaqələrin inkişafını müzakirə ediblər.