Bakı, 2 noyabr, AZƏRTAC İnklüziv incəsənət təkcə insanları bir araya gətirməyin yolu deyil, həm də ətraf mühit məsələləri və biomüxtəlifliyin qorunması barədə məlumatlılığın artırılması üçün güclü vasitə ola bilər. İnsanların incəsənət vasitəsilə ətraf mühitə təhdidlər haqqında məlumat əldə etməsi ilə yanaşı, həm də onun mühafizəsi üçün öz məsuliyyətlərini anlaması vacibdir.AZƏRTAC xəbər verir ki, incəsənət, inklüzivlik və qorunmanı birləşdirən “Sərhədsiz uçuş” (“Flight Without Borders”) sərgisi ziyarətçiləri Şərq imperiya qartalı, digər yırtıcı quşlar və Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş 78 quş növü dünyası ilə tanış edir. Sərgi “Bakıya uçuş: Art-uikend. Gələcəyi indi hiss et” Beynəlxalq İncəsənət Festivalı çərçivəsində təqdim edilib. Layihə rəqəmsal performans, illüstrasiyalı hekayələr və interaktiv fəaliyyətlər vasitəsilə quşların üzləşdiyi təhdidləri və insan fəaliyyətinin təbii ekosistemlərə təsirini vurğulayır. Təşkilatçılar müxtəlif tələbatları olan ziyarətçilər üçün əlçatanlığa xüsusi diqqət yetiriblər.“DanceAbility Azerbaijan”ın təsisçisi və direktoru Nigar Sultanova AZƏRTAC-a verdiyi müsahibədə incəsənətin sosial və ətraf mühit dəyişikliklərinə necə töhfə verə biləcəyi, insanlarla təbiət arasında emosional əlaqənin inkişaf etdirilməsinin vacibliyi və təşkilatçıların layihəni daha da inkişaf etdirmək niyyətində olduqları barədə danışıb. Onun sözlərinə görə, təşkilat doqquz ildir ki, insanları birləşdirmək, habelə sosial dəyişikliklər yaratmaq məqsədilə incəsənət və mədəniyyətdən istifadə edir. COP29-dan bəri bu diqqət tədricən ətraf mühit gündəliyi ilə əlaqələndirilir.“İnsanların təbiətlə bağlı olduqlarını hiss etmələrini, quşların üzləşdiyi təhlükələri anlamalarını və həll yollarının tapılmasına necə töhfə verə biləcəklərini öyrənmələrini istəyirdik. Bizim üçün incəsənət sadəcə təqdim etdiyimiz layihədən daha çox əhəmiyyətə malikdir. Bu, birlikdə dəyişiklik yaratmaq üçün istifadə etdiyimiz alətdir”, - deyə N. Sultanova qeyd edib.O izah edib ki, sərginin əsas obrazını seçərkən, təşkilatçılar ziyarətçilərdə təkcə nadir quş növlərinə maraq yaradılmasını deyil, həm də emosional reaksiya doğurmağı qarşılarına məqsəd qoyublar. Müsahibimiz əlavə edib: “Biz Şərq imperiya qartalını seçdik, çünki insanların sadəcə nəsli kəsilməkdə olan vəhşi təbiət haqqında statistika oxumaqdansa, bu quşla emosional əlaqə qurmalarını istəyirdik. Təbiətlə əlaqəni hiss etdiyimiz zaman onun qorunması şəxsi məsələyə çevrilir”.N. Sultanova inklüzivlik məsələsinə ayrıca toxunub. Onun sözlərinə görə, əlçatanlıq təşkilatın işinin əsasını təşkil edir və təkcə mədəni tədbirlərdə iştirak etmək üçün lazımi şəraitin yaradılmasını deyil, həm də hər kəsin tam iştirakının təmin edilməsini nəzərdə tutur. Sərgidə əlil arabasından istifadə imkanı, işarət dilinin tərcüməsi, audiotəsvir, vizual məlumat və sensor vasitələr yer alırdı. Ziyarətçilər, həmçinin quşlardan və Azərbaycan milli rəqsindən ilhamlanan hərəkətlərdə iştirak edə bildilər.“İnklüzivlik əlçatanlıqdan daha genişdir. Biz hər bir ziyarətçinin özünü sərgidə göründüyünü, eşidildiyini və iştirak etdiyini hiss etməsini istəyirdik”, - deyə o bildirib.Layihənin əsas mesajından danışan N. Sultanova insanlarla ətraf mühitin qarşılıqlı əlaqəsini vurğulayıb: “Biz təbiətin mərkəzi deyilik. Biz onun bir hissəsiyik. Hər şey bir-biri ilə bağlıdır və hərəkətlərimiz paylaşdığımız dünyaya, eləcə də gələcək nəsillərə qoyduğumuz mirasa təsir göstərir”.Agentliyin müsahibinin sözlərinə görə, festivalın başa çatması layihənin sonu demək deyil. Təşkilatçılar artıq sərgi zamanı qaldırılan məsələləri və təklifləri müvafiq qurumlarla bölüşməyə başlayıblar, habelə quşlar üçün təhlükələrin azaldılması məqsədilə praktik həll yollarının müzakirə ediləcəyi əlavə görüşlər planlaşdırırlar.“Məqsədimiz məlumatlılığı və kollektiv iştirakı konkret hərəkətlərə, ölçülə bilən, uzunmüddətli dəyişikliklərə çevirməkdir. Bu işi il ərzində davam etdirəcək və əldə edilən nəticələr barədə hesabat verəcəyik”, - deyə N. Sultanova sözlərini yekunlaşdırıb. Müxbir - Lalə Minasazova
Bu gün
2489 xəbər bu gün
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən Vəzirov Rəşid Şamil oğlu nazirin müşaviri təyin olunub.
“Crystal Residense” Mənzil-Tikinti Kooperativi (MTK) köhnə yaşayış evinin sökülməsi və mülkiyyətçinin yeni mənzillərlə təmin olunmaqla köçürülməsi tələbi...
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən Vəzirov Rəşid Şamil oğlu nazirin müşaviri təyin olunub. 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunu, tibb üzrə fəlsəfə doktorudur…
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanıb.
Baş Prokurorluğun Monteneqro Respublikasının Ədliyyə Nazirliyinə sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı…
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmrinə əsasən, Vəzirov Rəşid Şamil oğlu nazirin müşaviri təyin olunub. Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib…
Noyabrın 12-17-də Mars, Yupiter və Ayın enən düyünü Şir bürcündə birləşərək Əqrəb bürcündə Günəşə gərgin bir aspekt yaradır. Mars münaqişəni, qətiyyətli hərəkəti və təcavüzü təmsil edir. Yupiter toxunduğu hər şeyi…
Rusiyanın Türk Dövlətləri Təşkilatında (TDT) mümkün iştirakı ilə bağlı müzakirələr yeni geosiyasi və iqtisadi perspektivləri gündəmə gətirib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın TDT ilə əməkdaşlığına…
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Modern.az-a verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi…
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib. Modern.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və…
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən Vəzirov Rəşid Şamil oğlu nazirin müşaviri təyin olunub. Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki…
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları oktyabr ayında ümumilikdə 3 264 382 uduşlu bilet sahibinə sevinc yaşadıb.
Məktəblərdə 7 yaşdan yuxarı uşaqların "MyGov" hökumət platformasında qeydiyyatdan keçirilməsi ilə bağlı məlumatların yayılması valideynlərdə narazılığına yaradıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən Vəzirov Rəşid Şamil oğlu nazirin müşaviri təyin olunub. 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunu, tibb üzrə fəlsəfə doktorudur…
Премьер страны прокомментировал назначение Зурабашвили новым спецпредставителем по связям с РФ.
В Кремле назвали гуманитарную операцию в Алешках успешной.
Десять пакистанских инфлюенсеров приехали в Азербайджан, чтобы познакомиться с его туристическими возможностями, историей и культурным наследием. Судя по программе поездки, ограничиваться ознакомительной поездкой по…
Государственная налоговая служба при Министерстве экономики Азербайджана зарегистрировала в налоговом учете еще одного иностранного поставщика цифровых услуг с помощью созданной ею электронной системы регистрации. Как...
Гражданин Азербайджана Дадаш Балакиши оглу Дадашзаде, объявленный в международный розыск по делу о смертельном ДТП, будет экстрадирован из Черногории в Азербайджан. Как сообщили в Генеральной...
Подписан документ о сотрудничестве в рамках создания интермодального грузового терминала в Бакинском порту. Об этом Day.Az сообщили в ЗАО "Азербайджанские железные дороги" (АЖД).
"Qalatasaray"ın heyətinə qatdığı rusiyalı futbolçu Aleksey Batrakovun mümkün transferi ilə bağlı diqqətçəkən məqam ortaya çıxıb. Day.Az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin meneceri Vladimir Kuzmiçev "RİA…
Mercedes-Benz перевел 1,5-литровый четырехцилиндровый двигатель серии M252 в версию LS, оснастив турбокомпрессор встроенным электромотором мощностью пять киловатт с питанием от 48-вольтовой бортовой сети. Как передает…
Vəzirov Rəşid Şamil oğlu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub. Bu barədə nazir Anar Əliyev əmr imzalayıb. 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunudur, tibb…
Azərbaycan 2025-ci ilin yekunlarına görə dünyada ən böyük təbii qaz ixracatçısı olan 10 ölkə sırasına daxildir. Bu barədə İtaliyanın "Eni" enerji şirkətinin hesabatında bildirilir. 2025-ci il dekabrın 31-nə olan məlumata…
В рамках политики добрососедства отношения Ирана со странами Центральной Азии и Южного Кавказа постепенно развиваются в сторону укрепления. Как передает Day.Az со ссылкой на Trend, по информации Министерства иностранных…
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 887,950 milyon ABŞ dolları təşkil edib.
Азербайджанский боец Гасан Мухамгазы успешно начал выступление на чемпионате мира по смешанным единоборствам (ММА), который проходит в столице Грузии Тбилиси. Как передает Day.Az со ссылкой на İdman.biz, спортсмен…
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları yenidən başlatması ehtimalı Yaxın Şərqdə narahatlıqları artırır. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş mümkün yeni…
Bu ilin oktyabr ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 65,87 % təşkil edib. Bu, sentyabr ayına nisbətən 0,26 faiz bəndi, 2025-ci ilin oktyabr ayının…
Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib. Məlumatda bildirilib ki, son zamanlar hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı…
Azərbaycanın investisiya potensialı çox genişdir. Ölkənin əsas üstünlüklərindən biri onun istehsal, logistika və ticarət imkanlarını bir platformada birləşdirərək investor üçün yalnız yerli bazara deyil, daha geniş…
Böyük Britaniya və Avropa İttifaqı (Aİ) əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edir, lakin Aİ-yə yenidən daxil olmaq məsələsi hələ ki gündəmdə deyil. Bunu Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq…
Gürcüstanın paytaxtı Tbilisidə Vağzal meydanı ərazisindəki piyada körpüsündə yanğın baş verib. Gürcüstanın Birinci Kanalına istinadən, yanğın körpüdə yerləşən mağazalardan birində başlayıb. Fövqəladə Halların İdarə…
Bu ilin oktyabr ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 65,87 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən, bu, sentyabr ayına…
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmrinə əsasən, Vəzirov Rəşid Şamil oğlu nazirin müşaviri təyin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki…
Dünyada 2006-cı ildən bəri 1 641 jurnalist öldürülüb, eyni zamanda, orta hesabla hər dörd gündə 1 media işçisi həlak olur. Sənədə əsasən, 2006–2007, 2012–2015 və 2023–2025-ci illərdə silahlı münaqişələr jurnalistlərin…