Bakı, 2 noyabr, AZƏRTAC Azərbaycan Respublikasında 2026-cı ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin zəngin memarlıq irsinin, tarixi abidələrinin qorunması və təbliği məsələlərini bir daha diqqət mərkəzinə gətirir.Bu məqsədlə ölkəmizin zəngin memarlıq irsinin tanıdılması, tarixi abidələrin qorunması və təbliğinə həsr olunan silsilə materialların təqdimatı davam etdirilir.AZƏRTAC memar, professor Elçin Əliyevin Şəki Xan Sarayına həsr olunmuş məqaləsini oxuculara təqdim edir. Şəki Xan Sarayı 1968-ci ilədək Nuxa adlanan Şəki şəhərində yerləşən, Şəki xanlarının keçmiş iqamətgahıdır. Şəki Xan Sarayı muzey, ümumdünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə Şərq üslubunda tikilmiş saray şəhərin şimal-qərb hissəsindəki təpənin üzərində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Uzunluğu təxminən 32 metr, eni isə 9 metr olan saray ümumi sahəsi 300 kvadratmetr təşkil edən iki mərtəbədən, altı otaqdan, dörd dəhlizdən və bir-birinin əks tərəfində yerləşən iki eyvandan ibarətdir. Binanın hündürlüyü 10 metr, hər mərtəbənin hündürlüyü isə 3,5 metrdir. Sarayın fasadı ov və müharibə səhnələrini əks etdirən rəsmlər, həndəsi və bitki naxışları ilə bəzədilib. Sarayın divarları, zalların və otaqların pəncərə boşluqları çıxarılıb-taxılan naxışlı şəbəkələrlə örtülüb. Müxtəlif rəngli şüşələrlə doldurulmuş şəbəkə-pəncərələrin həndəsi rəsmləri sarayın əsas fasadının ümumi kompozisiyası ilə vəhdət təşkil edir.Şəbəkə rəsmləri xalq ustaları tərəfindən xırda ağac hissələrindən və rəngli şüşə parçalarından yapışqansız və mismarsız birləşdirilməklə yaradılıb. Saray binasının kompozisiyası həm fasadda, həm də planlaşdırmada simmetrikdir. Üst mərtəbə şaquli istiqamətdə alt mərtəbənin planlaşdırmasını tamamilə təkrar edir. Zallar və otaqlar uzununa ox üzrə eyni cərgədə yerləşir. Sarayın bəzəkləri dörd qrupa – həndəsi və bitki rəsmlərinə, süjetli bəzəklərə, eləcə də bitki motivlərinin quş təsvirləri ilə birləşdirilməsindən yaranan kompozisiyalara bölünür. Sarayın bəzədilməsində qızılı rəngdən geniş istifadə olunması da səciyyəvi xüsusiyyətlərdəndir. Sarayın daxili hissəsi müxtəlif dövrlərdə bəzədilib. Avropalı ustaların vurduqları bəzəklər alt mərtəbədəki zalın tavanında qalıb. XX əsrin əvvəllərində şuşalı məşhur usta Qəmbər, onun qardaşı Səfər və oğlu Şükür də bəzək işlərini yerinə yetiriblər. Eyni zamanda, Şamaxıdan gəlmiş ustalar Əliqulu, Qurbanqulu və Cəfər, həmçinin Abbas, Əli və başqa sənətkarlar sarayın bəzədilməsində iştirak ediblər.Birinci mərtəbədəki rəsmlər 1895-1896-cı illərdə şamaxılı Mirzə Cəfər, üst mərtəbədəki rəsmlər isə 1902-ci ildə şuşalı Usta Qəmbər tərəfindən işlənib. Şamaxılı rəssamlar Əliqulu və Qurbanqulu əsasən üst mərtəbədə çalışıblar.Üst mərtəbə iki hissəyə – kişilər və qadınlar üçün nəzərdə tutulan bölmələrə ayrılıb. Qadınlar üçün nəzərdə tutulan hissə güllər və Şərq naxışları ilə bəzədilib. Tarixçilər sarayın XVIII əsrdə inşa edildiyini bildirirlər. Bununla belə, Çikaqo Universitetinin professoru Odri Altştadt sarayın XVII əsrdə tikildiyini qeyd edir. Digər alim Şandor Rado sarayın 1760-cı ildə Hüseyn xan tərəfindən ucaldıldığını, az sonra isə yenidən qurulduğunu yazıb. “Bədii ensiklopediya”da Şəki Xan Sarayının 1761-1762-ci illərdə inşa edildiyi göstərilir.1848-1851-ci illərdə Hüseyn xan Müştaqın nəvəsi, şair Kərim ağa Fatehi sarayın bərpasını həyata keçirib.1853-cü ildə Şəki qalasının planı tərtib edilib. Həmin plana əsasən, qalada xan əyanlarının ailələri üçün müxtəlif təyinatlı çoxsaylı tikililər yerləşib. Saraydan başqa, burada kazarmalar, xəzinə, həbsxana və 1828-ci ildə xan məscidindən pravoslav kilsəsinə çevrilmiş tikili də olub. Lakin vaxtilə Şəki qalasında mövcud olmuş, bir neçə binadan ibarət böyük kompleksdən günümüzədək yalnız ikimərtəbəli saray və kilsə gəlib çatıb. 2012-ci ildə Şəki Xan Sarayının 250 illik yubileyi qeyd olunub.Bir vaxtlar sarayın qarşısında gözəl bağ salınıbmış. İndi həmin bağdan yalnız tikili ilə yaşıd olan iki qollu-budaqlı çinar ağacı qalıb. Artıq bir neçə yüz ildir ki, həmin çinarlar etibarlı gözətçilər kimi Azərbaycanın bu memarlıq incisini qoruyur. Müxbir – Gülay Nəzərova
Bu gün
2968 xəbər bu gün
Azərbaycanlı atlet Ravin Alməmmədov Çinin Ninqbo şəhərində keçirilən dünya çempionatında çıxış edib. Azərbaycan Ağırlıqqaldırma Federasiyasından "Report"a verilən məlumata görə, 85 kq çəki dərəcəsində yarışan idmançı…
London-Sofiya marşrutu üzrə hərəkət edən "Wizz Air" aviaşirkətinin təyyarəsi partlayış təhlükəsi səbəbindən Budapeştdə eniş etmək məcburiyyətində qalıb. "Telex.hu"ya istinadən, bu barədə Macarıstanın müdafiə naziri…
Cənubi Koreya Prezidenti Li Çje Myonun və prezident administrasiyasının əməkdaşlarının şəxsi məlumatları sızdırılıb. Bu barədə "Yonhap" agentliyi məlumat yayıb. KBS teleradio şirkətinin məlumatına görə, prezident…
Macarıstanın “Wizz Air” aviaşirkətinə məxsus London-Sofiya reysi bomba təhlükəsi səbəbindən Budapeştə yönləndirilib. Bu barədə “Sky News” məlumat yayıb. Təyyarə Budapeşt hava limanına təhlükəsiz eniş edib. Hadisədən…
Hövsan–Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq…
Dietoloq Tatyana Eto bəzi insanların nahardan sonra niyə yuxululuq hiss etdiklərini izah edib. “Terra” ilə söhbətində mütəxəssis yeməkdən sonra yuxu gəlməsinin yalnız karbohidratlarla zəngin qidaların qəbulu ilə əlaqəli…
ABŞ-də 36 yaşlı müəllim və basketbol məşqçisi 13 yaşlı şagirdinə qarşı cinsi zorakılıq etdiyini etiraf edib. “Metro” nəşrinin məlumatına görə, hadisə oğlanın 11 yaşı olarkən başlayıb və dörd il davam edib. Bu müddətdə…
Azərbaycan-Çin Sənaye Parkının yaradılması müzakirə edilib.
İstifadəçilər Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərinə və "Şəxsi kabinet"lərinə yalnız etibarlı və təhlükəsiz internet şəbəkələrindən, özlərinə məxsus və ya etibarlı cihazlardan daxil olmalıdırlar. Bu barədə…
Fransanın Baş naziri Sebastyan Lekornyu gələn həftə yuxarı sinif şagirdlərinin nümayəndələri ilə görüşməyə hazır olduğunu bildirib. Bu barədə Fransa mediası Baş nazirin dəftərxanasının bəyanatına istinadən məlumat yayıb…
Lüksemburq, 2 noyabr, AZƏRTAC Lüksemburqda Mədəniyyət Mərkəzində Azərbaycan–Lüksemburq Dostluq Assosiasiyasının (Lux-Ax) təşkilatçılığı ilə bu ölkədə yaşayan azərbaycanlı rəssam Taleh Mirkazımın hərəkət, zaman və yaddaş…
İqtisadiyyat naziri Mikayıl Cabbarov “CSCEC International” şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşüb. Bu barədə nazir “X” hesabında paylaşım edib. “CSCEC International” şirkətinin İdarə Heyətinin sədri Qao Bo…
Bakı, 2 noyabr, AZƏRTACSon dövrlərdə kibertəhlükəsizlik təhdidlərinin, zərərli proqram təminatlarının yayılması və müxtəlif kiberhücumların sayının artması internet istifadəçilərinin şəxsi məlumatlarının…
Bakı, 2 noyabr, AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri Azərbaycanda elektromobillər üçün enerjidoldurma infrastrukturunun inkişafı və vahid platformanın yaradılması istiqamətində Koreya…
Bakı, 2 noyabr, AZƏRTAC Azərbaycan tarixinin müxtəlif dövrləri ölkəmizin əlverişli strateji-coğrafi mövqeyi ilə əlaqədar müharibələr, mübarizələr və dövlətçilik uğrunda aparılan mücadilələrlə zəngindir. Qaraqoyunlu…
Rusiyanın postsovet məkanında yürütdüyü siyasət və region ölkələrinə münasibəti Moskvanın keçmiş imperiya sərhədlərini bərpa etmək niyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Bəs Kremlin…
Belçikanın Baş naziri Bart De Vever istefasını Krala təqdim edib. Redaktor.az xəbər verr ki, bu barədə VRT məlumat yayıb. Buna hökumət daxilində büdcə ilə bağlı ixtilafların həll edilə bilməməsi...
Dövlət İmtahan Mərkəzi (DİM) özünün elektron xidmətlərindən, informasiya sistemlərindən və digər onlayn resurslarından istifadə edən şəxslərə hesablarının təhlükəsizliyinin təmin olunması məqsədilə bir sıra ehtiyat…
Media və Yayım Şurasının təşəbbüsü ilə noyabr ayını əhatə edən “Rəqəmsal Media Ayı” çərçivəsində tədbirlərə başlanılıb. Təşəbbüsün əsas məqsədi cəmiyyətdə media...
"Polşada baş verən hadisələr həqiqətən də ciddi siyasi və hüquqi böhrandır. Hazırda mənim ilkin qiymətləndirməm belədir ki, ölkədə hələ ki, klassik mənada dövlət çevrilişi baş verməyib. Lakin dövlət hakimiyyətinin iki…
Azərbaycan Dəmir Yolları (ADY) və Azərbaycan Fotoqrafları Birliyi (AFB) Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi və fotoqrafiya sənətinin yaranmasının 165 illiyi münasibətilə “Dəmir Yolları…
Azərbaycan – Çin Sənaye Parkının yaradılması istimaqətində fikir mübadiləsi aparılıb. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib. " “CSCEC…
ABŞ-də Demokratlar Partiyası Konqresə aralıq seçkilərdə qalib gələrsə, ölkə dövlət kimi mövcudluğunu itirə bilər. "Clash Report" bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib…
Azərbaycanda gənc atlet Həvva Yambulatova qəfil vəfat edib. Bu barədə “Shusha Climbers” klubunun sosial şəbəkə hesabında paylaşım edilib.Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını…
Azərbaycan Mərkəzi Bankının (AMB) İT əməliyyatları departamentinə yeni direktor təyin edilib.
Bakıda yeraltı və yerüstü piyada keçidlərində quraşdırılmış lift və eskalatorların yenilənməsi, eləcə də əlil arabaları üçün nəzərdə tutulan platformaların dəyişdirilməsi planlaşdırılır.
Azərbaycan Respublikası Media və Yayım Şurasının təşəbbüsü ilə 2026-cı ilin noyabr ayını əhatə edən “Rəqəmsal Media Ayı” çərçivəsində tədbirlərə başlanılıb. Təşəbbüsün əsas məqsədi cəmiyyətdə media savadlılığının…
Azərbaycanın investisiya potensialı çox genişdir. Ölkənin əsas üstünlüklərindən biri onun istehsal, logistika və ticarət imkanlarını bir platformada birləşdirərək investor üçün yalnız yerli bazara deyil, daha geniş…
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo komandasının Özbəkistana səfər edən heyətinə daxil edilməyib. Portuqaliyalı futbolçu Asiya Çempionlar Liqasının “Paxtakor”la oyunu üçün Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində…
Müğənni İradə İbrahimovanın son görünüşü müzakirələrə səbəb olub. Sənətçi yeni görüntülərini sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Onun xeyli çəki itirməsi diqqət çəkib. Bizim.Media
Rusiyanın Saratov vilayətinin Engels rayonunda məhkəmə Azərbaycan vətəndaşına hökm oxuyub. Istintaq versiyasına görə, 57 yaşlı Azərbaycan vətəndaşı əlbir olduğu şəxslə birlikdə zərərçəkmiş şəxsə onun əcnəbi işçisi üçün…
Uzun illər prokurorluq orqanlarında qulluq etmiş veteran əməkdaşlar - Məmmədov Çingiz Yavər oğlunun 75, Seyidov Əziz Cəfər oğlunun isə 70 illik yubileylərinin tamam olması münasibətilə Azərbaycan Respublikasının Baş…
“İsmayıl bizdən getməyib. O, həmişə bizimlədir. Biz İsmayılla bayram keçiririk, kinoya baxırıq, evimizdəki bütün sevincləri onunla bölüşürük. Mən əvvəl İsmayılla yaşayırdım, indi isə şəhid İsmayılla yaşayıram”. Bu…
Azərbaycan Respublikası Media və Yayım Şurasının təşəbbüsü ilə 2026-cı ilin noyabr ayını əhatə edən “Rəqəmsal Media Ayı” çərçivəsində tədbirlərə başlanılıb. Bu barədə Modern.az-a Şuradan məlumat verilib. Bildirilib ki…
Azərbaycan Mərkəzi Bankının (AMB) İT əməliyyatları departamentinə yeni direktor təyin olunub. Bununla bağlı AMB-nin sədri Taleh Kazımov müvafiq əmr imzalayıb. Əmrə əsasən, vəzifənin icrası Anar Qaraqurbanlıya həvalə…
Təyinat
Rusiyanın paytaxtı
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktlarına əsasən, qanun qarşısında bərabərlik prinsipi əsas götürülür. Bu səbəbdən ölkədə heç bir sosial kateqoriyaya, peşə…
Mənzil alarkən alıcıların diqqət yetirməli olduğu mühüm məsələlərdən biri də həmin ünvanda başqa şəxslərin qeydiyyatda olub-olmamasıdır. Bəzən vətəndaş yeni mənzil əldə etsə də, əvvəlki mülkiyyətçinin ailə üzvləri və ya…
Azərbaycan Mərkəzi Bankının (AMB) İT əməliyyatları departamentinə yeni direktor təyin edilib. Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni əmr imzalayıb.Bildirilib ki, təşəbbüsün əsas məqsədi cəmiyyətdə media…
İran-Azərbaycan sərhədində, Arazın cənubunda İranın ballistik raket buraxılış qurğuları müşahidə olunub. Bu haqda sosial media şəbəkəsində məlumat və fotolar paylaşılıb.Mənbələrin yaydığı fotoda bir raket buraxılış…
Azərbaycan Mərkəzi Bankının (AMB) İT əməliyyatları departamentinə yeni direktor təyin edilib. Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni əmr imzalayıb.Əmrə əsasən, həmin vəzifə Anar Qaraqurbanlıya həvalə olunub.
Türkiyədə istifadə müddəti bitmiş xərçəng dərmanlarını saxtalaşdıraraq satan şəbəkə ifşa edilib. İstanbul mərkəzli əməliyyatda 650 milyon lirəlik fırıldaqda şübhəli bilinən 22 nəfər saxlanılıb.
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Fənərbağça"ya keçidi ilə bağlı xəbərləri təkzib edib və "Vikinq"lə matç barədə danışıb.
Şəkidə yol-nəqliyyat hadisəsində həlak olan hərbçi Səbuhi Ağazadə dəfn olunub.
Azərbaycan Media və Yayım Şurasının təşəbbüsü ilə 2026-cı ilin noyabr ayını əhatə edən "Rəqəmsal Media Ayı" çərçivəsində tədbirlərə başlanılıb.
Şəki sakini Murad Məmmədov əlillik təyinatına imtina cavabı gəlməsindən şikayətçidir.
Секретарь Совета безопасности России Сергей Шойгу заявил об отсутствии у Москвы планов нападать на Европу, но при этом пригрозил европейским странам последствиями возможной российской «гибридной...
17 июля в результате иранского удара по авиабазе Муваффак-Салти в иорданской пустыне погибли трое американских военнослужащих. Спутниковые снимки показали, что ночная атака повредила как минимум...
2 ноября министр иностранных дел Азербайджана Джейхун Байрамов встретился с новоназначенным послом Японии в стране Фурукаву Токуро. Как сообщили Day.Az в Министерстве иностранных дел Азербайджана, посол вручил министру…