“Bitcoin”in SON qiyməti

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyəti bahalaşıb. “Bitcoin”in qiyməti yenidən 78,5 min dolları ötüb.

“CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 1,17% bahalaşaraq 78 530,34 ABŞ dollarına yüksəlib.

Bununla belə, kriptovalyutanın qiyməti son 7 gündə 1,64%, son 30 gündə isə 7,22% azalıb.

“Ethereum” 1,88% bahalaşaraq 2 305,35 dollara, BNB 1,54% artaraq 713,09 dollara çatıb. “Zcash” 3,17% yüksələrək 1 279,72 dollar, “Quant” isə 0,34% bahalaşaraq 200,47 dollar təşkil edib.