Arterial təzyiqdən əziyyət çəkən insanların tez-tez qarşılaşdığı suallardan biri dərmanların günün hansı saatında qəbul edilməsinin daha düzgün olması ilə bağlıdır. Bəzi pasiyentlər təzyiqlərinin əsasən axşam və gecə saatlarında yüksəldiyini əsas gətirərək təzyiqsalıcı dərmanlarını gecə qəbul etməyə üstünlük verirlər. Lakin müasir təzyiqtənzimləyici preparatların təsir mexanizmi və orqanizmdə fəaliyyət müddəti nəzərə alınmalıdır.Kardioloq Aytən Yüzbaşıyeva Oxu24.com-a açıqlamasında bildirib ki, müasir təzyiqtənzimləyici dərmanların bir çoxu 24 saat ərzində təsir göstərmək və arterial təzyiqi günboyu nəzarətdə saxlamaq məqsədilə hazırlanır. Bu səbəbdən həmin preparatların qəbul saatı ilə bağlı qərar yalnız təzyiqin günün hansı hissəsində yüksəlməsinə əsasən verilməməlidir.Onun sözlərinə görə, uzunmüddətli təsirə malik preparatlar düzgün dozada və müntəzəm qəbul edildikdə gün ərzində təzyiqin tənzimlənməsinə kömək edir. Buna görə də dərmanı gecə qəbul etməklə onun təsirini yalnız gecə saatlarına yönəltmək mümkün deyil. Əsas məsələ preparatın təyin olunmuş qaydada, hər gün eyni vaxtda və həkimin göstərişinə uyğun qəbul edilməsidir.Kardioloq qeyd edib ki, bəzi təzyiq dərmanlarının tərkibində sidikqovucu təsirə malik maddələr də olur. Belə preparatların gecə saatlarında qəbulu bəzi insanlarda tez-tez sidiyə getmə ehtiyacı yarada bilər. Bu isə yuxunun bölünməsinə, gecə istirahətinin pozulmasına və nəticədə yuxu keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.A.Yüzbaşıyevanın sözlərinə görə, keyfiyyətli yuxu arterial təzyiqin idarə olunmasında mühüm amillərdən biridir. Gecə ərzində yuxunun tez-tez pozulması orqanizmin normal istirahətinə mane olur. Buna görə də tərkibində sidikqovucu komponent olan dərmanların qəbul vaxtı müəyyən edilərkən bu xüsusiyyət mütləq nəzərə alınmalıdır. Bununla belə, bütün təzyiq dərmanlarının eyni təsir mexanizminə malik olmadığını və hər preparatın qəbul vaxtının fərdi qaydada müəyyənləşdirilməli olduğunu unutmamaq lazımdır.Kardioloq diqqətə çatdırıb ki, pasiyent səhər saatlarında təzyiq dərmanı qəbul etməsinə baxmayaraq, axşam saatlarında arterial təzyiqində yenidən yüksəlmə müşahidə edirsə, bu vəziyyətin səbəbi araşdırılmalıdır. Belə hallarda dərmanın qəbul vaxtını özbaşına dəyişmək və ya əlavə doza qəbul etmək düzgün yanaşma deyil. İlk növbədə təzyiqin niyə yüksəldiyi müəyyənləşdirilməlidir.Mütəxəssis bildirib ki, axşam saatlarında təzyiqin artmasına müxtəlif amillər təsir göstərə bilər. Gün ərzində həddindən artıq duzlu qidaların qəbulu, siqaret istifadəsi və alkoqol qəbulu arterial təzyiqə mənfi təsir edə bilər. Bununla yanaşı, fiziki ağrılar, emosional gərginlik, stress, yuxu problemləri və yanaşı xəstəliklər də təzyiq göstəricilərinin dəyişməsinə səbəb ola bilər.A.Yüzbaşıyeva vurğulayıb ki, xüsusilə axşam saatlarında təzyiqin mütəmadi yüksəlməsi diqqətdən kənarda qalmamalıdır. Belə vəziyyətlərdə pasiyentin gün ərzindəki təzyiq göstəriciləri, qəbul etdiyi dərmanlar, həyat tərzi və ümumi sağlamlıq vəziyyəti birlikdə qiymətləndirilməlidir. Bəzi hallarda dərmanın dozasına, qəbul vaxtına və ya müalicə sxeminə yenidən baxılması lazım gələ bilər.Kardioloqun sözlərinə görə, düzgün müalicə planı hər bir pasiyentin fərdi xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmalıdır. Həkim arterial təzyiqin günün müxtəlif saatlarında necə dəyişdiyini araşdıraraq, ehtiyac olduqda əlavə müayinələr təyin etməli və uyğun müalicə üsulunu müəyyənləşdirməlidir.O, pasiyentlərə təzyiq dərmanlarını yalnız həkim məsləhəti əsasında qəbul etməyi, preparatın dozasını və qəbul vaxtını özbaşına dəyişməməyi tövsiyə edib. Çünki arterial təzyiqin effektiv idarə olunması təkcə dərman qəbulundan deyil, həm də düzgün qidalanma, duz istifadəsinin məhdudlaşdırılması, siqaret və alkoqoldan uzaq durmaq, stressin azaldılması və yuxu rejiminin qorunmasından asılıdır.Nigar
Bu gün
2559 xəbər bu gün
Azərbaycanda bir sıra xəstəliklərə görə əlilliyin qiymətləndirilməsi zamanı müalicə müddətinin tamamlanması tələb olunmur. Bu xəstəliklərə ağciyər sarkoidozu, oynaq ankilozu, demensiya, autizm və bir sıra…
"Gözel Seeds" və ADA Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin genetika və kənd təsərrüfatı biotexnologiyası sahəsində altı aparıcı aliminin iştirakı ilə "Genlərdən ağıllı kənd təsərrüfatına: dayanıqlı…
Azərbaycanda "Diriliş Ertuğrul" serialına baxarkən güclü həyəcan keçirən xəstə infarkt keçirib.
Dünyanın 20-dən çox ölkəsindən 1000-dən artıq dilerin iştirakı ilə Çində baş tutan mötəbər Zoomlion "Green Leading Win-Win 2027 | Global Business Conference" tədbirində Azərbaycanı "Prime Leasing" şirkəti təmsil edib.
AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində “Samruk-Kazyna” Milli Rifah Fondu İdarə Heyətinin sədri Nurlan Jakupovun rəhbərlik etdiyi nümayəndə…
Xəbər verdiyimiz kimi, Vəzirov Rəşid Şamil oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə müşavir təyin edilib. Nazirin yeni müşaviri 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin…
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi…
Vəzirov Rəşid Şamil oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə müşavir təyin edilib. Modern.az-ın məlumatına görə, nazirin yeni müşaviri 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin…
Oktyabrın 30-da Azərbaycanın Baş naziri Əli Əsədovla Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında keçirilən görüşdə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi…
Noyabr ayında qarşıdan gələn 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq ölkədə 7, 8, 9 və 10 noyabr tarixləri ardıcıl qeyri-iş günləri olacaq. Dörd günlük tətil vətəndaşlara payızın son…
“Gözel Seeds” və ADA Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin genetika və kənd təsərrüfatı biotexnologiyası sahəsində altı aparıcı aliminin iştirakı ilə “Genlərdən ağıllı kənd təsərrüfatına: dayanıqlı…
Ali təhsil müəssisələrində yuxarı kurs tələbələrindən fərqli olaraq, birinci kursda təhsilalanlar üç aylıq təqaüdlərini ala bilməyiblər. Məlumata görə, əksər universitetlərdə birinci kursların təqaüdlərinin köçürülməsi…
Azərbaycanın idman dırmanması üzrə yeniyetmə millisinin 17 yaşlı üzvü, ölkə çempionu Həvva Yambulatova vəfat edib. Ölüm səbəbi açıqlanmayıb.
"Gözel Seeds" və ADA Universitetinin birgə təşkilatçılığı, Türkiyənin genetika və kənd təsərrüfatı biotexnologiyası sahəsində altı aparıcı aliminin iştirakı ilə "Genlərdən ağıllı kənd təsərrüfatına: dayanıqlı bitkiçilik…
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir təyin olunub.
TƏBİB-in Səhiyyə Nazirliyi ilə birləşdirilməsi və Anar Bayramovun nazir təyinatı səhiyyə nazirliyi sistemində çalışan rəhbər şəxslərdə ciddi narahatlıq yaradıb. Bizimesr.info-ya daxil olan məlumata görə, uzun illərdir…
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib.Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və…
İrandan Azərbaycana 136 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd…
Formula 1-də 2026-cı il mövsümünün çempionu müəyyənləşib. Mercedes komandasının 20 yaşlı italiyalı pilotu Kimi Antonelli bu uğura imza ataraq yarış tarixinin ən gənc dünya çempionu olub. Antonelli Meksika Qran-prisini…
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub. Nazir Anar Əliyevin Əmrinə əsasən bu vəzifəyə Vəzirov Rəşid Şamil oğlu gətirilib.4 Qeyd edək ki, 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb…
Keçmiş İsrail Baş naziri Ehud Barak Baş nazir Benyamin Netanyahunun hakimiyyətdə qalmaq məqsədilə İrana qarşı hərbi əməliyyat planlaşdıra biləcəyini iddia edib. O, mümkün müharibənin İsrail üçün ciddi nəticələr doğura…
"Gözel Seeds" və ADA Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin genetika və kənd təsərrüfatı biotexnologiyası sahəsində altı aparıcı aliminin iştirakı ilə "Genlərdən ağıllı kənd təsərrüfatına: dayanıqlı…
Böyük Britaniya 10 milyard funt-sterlinq həcmindəki yardım paketi çərçivəsində Ukraynaya hərbi və maliyyə dəstəyi göstərməyə davam edəcək. Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Avropa İttifaqı və Böyük…
Azərbaycanın gənc cüdoçuları üçün İordaniyanın paytaxtı Ammanda keçirilən Asiya Kuboku uğurlu alınıb. Bunu açıqlamasında cüdo üzrə gənc qızlardan ibarət milli komandanın böyük məşqçisi Saşa Herkenrat-Vimar deyib…
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Azərbaycan Fotoqrafları Birliyi (AFB) Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi və fotoqrafiya sənətinin yaranmasının 165 illiyi münasibətilə "Dəmir Yolları…
"Böyük Qayıdışa dair Dövlət Proqramı" çərçivəsində Azərbaycana səfər edən pakistanlı 10 influenser Azərbaycanın mədəni irsi, tarixi və turizm imkanları ilə tanış olublar. Bu barədə Dövlət Turizm Agentliyinə istinadən…
Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri…
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
ABŞ, Kanada, Yaponiya, Avropanın 17 dövlətinin də yer aldığı 33 ölkənin hökuməti vətəndaşlara fövqəladə hallar üçün hazırlıq görməyi, evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamağı tövsiyə edib. Amma heç bir…
Potensial nüvə müharibəsi bəşəriyyət üçün hansı miqyasda fəlakətə səbəb ola bilər? Süni intellekt vasitəsilə hazırlanan yeni təhlildə nüvə münaqişəsi zamanı ən çox insan itkisi ilə üzləşə biləcək 40 ölkənin siyahısı…
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmrinə əsasən, Vəzirov Rəşid Şamil oğlu nazirin müşaviri təyin olunub.
Ukraynalı oliqarxlar Rinat Axmetov və Viktor Pinçukun ölkə Prezidenti Volodimir Zelenskinin əvəzinə başqa namizəd hazırlamağa başladığı iddia edilir. “Resident” teleqram kanalına istinadən, Axmetov və Pinçuk Zelenskiyə…
Xəbər verdiyimiz kimi, Vəzirov Rəşid Şamil oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə müşavir təyin edilib. Nazirin yeni müşaviri 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin…
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə yeni müşavir təyin edilib. Nazirin imzaladığı əmrlə bu vəzifəyə Vəzirov Rəşid Şamil oğlu təyin olunub.
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Moderator.az-a verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi…