İranda vəfat edən həkim Göyçayda dəfn EDİLDİ

Həkim Orxan Cəfərov dəfn olunub.

O, Göyçayın Potu kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Göyçay şəhər sakini, 1995-ci il təvəllüdlü Cəfərov Orxan Çingiz oğlu bir neçə gün öncə xərçəng xəstəliyindən vəfat edib.

Onun İranda müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişdiyi bildirilirdi.

Xatırladaq ki, mərhum subay idi və rayonda diş həkimi kimi fəaliyyət göstərirdi.