Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğuna görə istefa verdi

Belçika Baş naziri Bart De Vever 2027-ci ilin dövlət büdcəsi ilə bağlı koalisiya danışıqlarının nəticəsiz qalmasından sonra Kraldan istefasını qəbul etməyi xahiş edib.

Bu barədə Belçika Kral Sarayının rəsmi bəyanatında bildirilib.

Qeyd edək ki, hərbi xərclərin artması fonunda Belçikanın illik büdcəsində 10 milyard avro çatışmazlıq yaranıb. Bu məbləği qarşılamaq üçün ya sosial xərclər azaldılmalı, ya da vergilər artırılmalıdır.