Türkiyə Böyük Millət Məclisində mandat bölgüsü yenilənib.
Rəsmi saytda Ədalət və İnkişaf Partiyası 281, Yeni Partiya 90, Xalqların Bərabərlik və Demokratiya Partiyası 56, Milliyyətçi Hərəkat Partiyası 46, Cümhuriyyət Xalq Partiyası 44, Yaxşı Partiya 26, Hür Dava Partiyası 4, Yenidən Rifah Partiyası 3, Türkiyə Fəhlə Partiyası 3, Demokratik Bölgələr Partiyası 2, Əmək Partiyası 2, Demokrat Partiyası 1, Demokratik Sol Partiya 1 mandatla göstərilir.
Fraksiya kimi yaradılan Yeni Yol Partiyası 20 mandata sahibdir: 8 nəfər Demokratiya və Sıçrayış Partiyasını, 8 nəfər Səadət Partiyasını təmsil edir, 4 nəfər partiyasızdır.
Səadət Partiyasının qanunverici orqanda daha 1 mandatı var, 12 millət vəkili müstəqildir.
600 yerlik parlamentdə 8 yer boşdur.