“HƏMAS tədricən öz qüvvələrini bərpa edir və İsrail ordusunun Qəzza müharibəsində əldə etdiyi hərbi nəticələri zəiflədir”.
Bu barədə “Haaretz” İsrail ordusunun rəsmilərinə istinadla məlumat yayıb.
Qeyd olunub ki, HƏMAS hazırda yüzlərlə raketə malikdir və İsrail ərazisindən qaçaqmalçılıq yolu ilə silah istehsalı imkanlarını bərpa etməyə çalışır.
Məlumatda həmçinin bildirilib ki, İsrail ordusu eyni vaxtda İran və ya “Hizbullah”la toqquşmaların yenidən başlaması ehtimalına hazırlaşır. Bu çərçivədə ordu İordan çayının qərb sahilində, Xəlil şəhərində davam edən əməliyyatda iştirak edən qüvvələrin digər bölgələrə köçürülməsini istəyir.
İsrail rəsmiləri hesab edirlər ki, müdafiə naziri İsrael Katsın dəstəyi ilə həyata keçirilən Xəlil əməliyyatının davam etdirilməsi artıq effektiv deyil və lazımsız gərginlik yaradır.