Bakı, 2 noyabr, AZƏRTAC Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir: 1. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;3. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;7. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;12. Zərifə Əliyeva küçəsində;13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər.