Tramp: "Cənab veto"ya çevriləcəyəm

ABŞ Prezidenti Donald Tramp gələn həftə keçiriləcək aralıq seçkilərin nəticələrinə əsasən demokratlar Konqresin palatalarından hər hansı birində çoxluq əldə edəcəkləri təqdirdə "cənab veto"ya çevriləcəyini bildirib.

O, bu barədə "New York Post" qəzetinin "Pod Force One" podkastına müsahibəsində danışıb.

"Əgər belə olarsa, düşünürəm ki, mən "cənab veto" olacağam. Onların möhkəmlənməsinə imkan verməyəcəyəm, daha sonra isə yəqin ki, razılaşmalar əldə edəcəyik", – deyə Tramp müvafiq suala cavabında bildirib.

ABŞ lideri demokratların qəbul edəcəyi qanun layihələrinə veto qoymaq, daha sonra isə onlarla razılığa gəlmək niyyətində olduğunu vurğulayıb.

Bununla belə, Ağ Ev rəhbəri belə bir ssenarinin reallaşmayacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, ABŞ-də Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.