İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Mərkəzi vilayətində casusluqda şübhəli bilinən şəxsi saxlayıb.
“Mehr” agentliyinin məlumatına görə, həmin şəxs raket və pilotsuz uçuş aparatlarının komponentlərinin istehsal olunduğu məkanlar barədə düşmənə məlumat ötürməkdə şübhəli bilinir.