"Real Madrid" gələcəyin ulduzunu transfer edir

"Real Madrid" "Mançester Yunayted"in gənc istedadı Cey Cey Qabrielin transferi üçün razılıq əldə edəcəyinə əmindir.

Offsideplus.az-a istinadən, "Diario Sport"un məlumatına görə, İspaniya nəhəngi gələcəyin ulduzu olucağı hesab olunan gənc futbolçu uğrunda mübarizədə əsas favoritə çevrilib.

PSJ-nin təklifini rədd edən Qabriel üçün "Barselona" və "Bayern Münhen" də yarışdan kənarda qalıb.

Buna görə də gənc futbolçunun karyerasını "Real Madrid"də davam etdirəcəyi gözlənilir.