Bosniya və Herseqovina NATO-ya üzv olmayacaq.
Bunu Bosniya və Herseqovinanın Serb Respublikasında hakimiyyətdə olan Müstəqil Sosial Demokratlar İttifaqının sədri Milorad Dodik "X" sosial şəbəkəsində bəyan edib.
Siyasətçinin sözlərinə görə, ölkənin Şimali Atlantika Alyansına üzvlüyü məsələsinə çoxdan nöqtə qoyulub. Bosniya və Herseqovina NATO ilə yalnız əməkdaşlıq edə bilər, alyansın üzvü ola bilməz.
“Bunu hələ də anlamayan hər kəs üçün bildirirəm: biz heç bir hərbi bloka, xüsusilə də məlum səbəblərə görə NATO-ya qoşulmayacağıq”, – deyə Serb Respublikasında hakimiyyətdə olan partiyanın rəhbəri qeyd edib.