Bakı, 2 noyabr, AZƏRTAC Hörmüz boğazında iki tanker dəniz minasına düşüb. Tankerlərdən biri supertanker sinfinə aiddir.AZƏRTAC xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.Bildirilib ki, gəmilər İranın icazə vermədiyi marşrutla hərəkət edərkən minaya düşüb. Hadisə nəticəsində tankerlərdən birində yanğın baş verib.Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.