Salyanda ağır qəza, iki nəfər öldü - VİDEO

Salyan rayonunda "QAZel" markalı yük avtomobil maneəyə çırpılıb, iki nəfər ölüb.

Oxu.Az-a istinadla, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kənd ərazisindən keçən hissəsində baş verib.

Hadisə nəticəsində Sabirabad rayonu, Muğangəncəli kənd sakinləri - 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev aldıqları ağır xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.