Ermənistanda hərbçinin meyiti güllə yarası ilə aşkarlanıb

Ermənistanda hərbi hissələrdən birində hərbçinin meyiti aşkar edilib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, bu gün T.S. adlı hərbi qulluqçunun meyiti güllə yarası ilə tapılıb.

Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.