“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı

İngiltərə Premyer Liqasının 9-cu turunda "Çelsi" doğma meydanda "Mançester Yunayted"i qəbul edib.

"Stemford Bric" stadionunda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

31 oktyabr

"Çelsi" - "Mançester Yunayted" - 2:0

Qollar: M.Rocers, 50, K.Palmer, 64-pen.

Qırmızı vərəqə: L.Martines, 63 ("Mançester Yunayted")

Qeyd edək ki, 34-cü dəqiqədə Mateus Kunya “Mançester Yunayted”in heyətində fərqlənsə də, VAR yoxlamasından sonra qol ləğv edilib.

71-ci dəqiqədə isə Estevaonun vurduğu top da VAR müdaxiləsindən sonra qeydə alınmayıb.

Bu qələbədən sonra “Çelsi” 16 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. “Mançester Yunayted” isə 9 oyundan topladığı 7 xalla 16-cı yerdədir.