Ermənistanda hərbçinin meyiti aşkarlanıb

Ermənistanda odlu silahdan açılan atəş nəticəsində yaralanmış hərbçinin meyiti aşkarlanıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, hadisənin bütün təfərrüatının araşdırılması məqsədilə istintaq aparılır.