Demokrat Partiyası qalib gəlsə belə, ABŞ Konqresinə aralıq seçkilər ABŞ-ın xarici siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərməyəcək.
Bunu ABŞ Dövlət katibi Marko Rubio qeyd edib.
“Konqres xarici siyasətdə müəyyən rol oynayır. Mən özüm senator olarkən bu sahə ilə məşğul olmuşam. Buna görə də Konqresin xarici siyasətlə bağlı hansı addımları ata biləcəyini, hansıları isə ata bilməyəcəyini yaxşı bilirəm. Nəticə etibarilə, xarici siyasətlə bağlı qərarlar icra hakimiyyəti tərəfindən qəbul edilir”, - deyə o bildirib.
Dövlət katibi qeyd edib ki, seçkilər hələ keçirilməyib və Konqresin tərkibinin necə olacağı hələlik məlum deyil.
Qeyd edək ki, ABŞ-da seçkilər noyabrın 3-də keçiriləcək.