Polşanın Baş naziri Donald Tusk millətçi sağçı müxalifət nümayəndələrini “demokratiyanı və hüquqi dövləti məhv etmək” istəməkdə ittiham edib.
O, bu barədə şənbə axşamı, ölkədə ciddi siyasi böhranın mərkəzinə çevrilmiş Konstitusiya Məhkəməsinin binası qarşısında bir gün əvvəl polisin keçirdiyi əməliyyatdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışı zamanı bildirib.
Ad çəkmədən "X" sosial şəbəkəsindəki hesabında yayımlanan müraciətində Tusk Polşada “illərdir demokratiyanı və hüquqi dövləti məhv etmək istəyən təşkilatların və siyasətçilərin mövcud olduğunu” bəyan edib.