Pakistan: İran-ABŞ danışıqlarında nikbinlik var

Pakistan ordusunun sözçüsü, general-leytenant Əhməd Şərif Çaudri İran və ABŞ arasında münaqişənin dayandırılması istiqamətində aparılan vasitəçilik səyləri ilə bağlı “ehtiyatlı nikbinlik” nümayiş etdirdiklərini bildirib.

O, Pakistan ordusunun komandanı Asim Munirin bu ay Tehrana iki dəfə səfər etməsini müsbət irəliləyişin göstəricisi kimi qiymətləndirib.

Çaudri münaqişənin davam etməsində maraqlı olan qüvvələrin mövcudluğunu da vurğulayıb, lakin onların adlarını açıqlamayıb.

Qeyd edək ki, Asim Munir sonuncu dəfə bazar ertəsi Səudiyyə Ərəbistanı və Türkiyə rəsmiləri ilə birlikdə Tehrana səfər edib.