Bakı, 30 oktyabr, AZƏRTAC 2027-ci ildə Azərbaycanda salsa, Argentina tanqosu və breykinq üzrə beynəlxalq çempionatlar, eləcə də “Pro-Am” (peşəkar və həvəskar rəqqasların birgə iştirakı ilə keçirilən) turnirlər də daxil olmaqla, yeddi rəqs layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində “Smooth & Rhythm Dance Style” şirkətinin həmtəsisçisi Eldar Cəfərov deyib.Onun sözlərinə görə, layihənin əsas məqsədi bal rəqslərini, xüsusilə uşaqlar və gənclər arasında təbliğ etməkdir.O, həmçinin qeyd edib ki, yeddi rəqs layihəsindən ibarət silsilənin kulminasiyası gələn il oktyabrın 28-31-də keçirilməsi planlaşdırılan növbəti “Azerbaijan Dance Festival” olacaq: “Azerbaijan Dance Festival” artıq bir növ vizit kartımıza çevrilib. Bu festival haqqında təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da danışırlar. Hər il bizə qoşulanların sayının artmasına çox şadıq”. Müxbir – Lalə Minasazova Foto – Elşad Mirzə