ABŞ Ukraynaya 2,1 milyard dollarlıq “Patriot” raketləri satacaq

ABŞ Dövlət Departamenti Ukraynaya 2,1 milyard dollar dəyərində 500 ədəd “Patriot” hava hücumundan müdafiə sisteminin raketlərinin satışına razılıq verib.

Satış paketinə raketlərlə yanaşı, ehtiyat hissələri və logistik dəstək də daxil olacaq.

Layihənin əsas podratçısı “Lockheed Martin” şirkəti olacaq.

Qeyd olunur ki, alışın maliyyələşdirilməsi JUMPSTART proqramı çərçivəsində Kanada, Almaniya və Norveçin ayırdığı vəsaitlər, həmçinin Avropa İttifaqının krediti hesabına Ukraynaya təqdim edilmiş maliyyə resursları hesabına həyata keçiriləcək.

ABŞ bu müqavilənin maliyyələşdirilməsi üçün öz büdcəsindən vəsait ayırmayacaq.