Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Qeyd olunub ki, bu gün saat 19 radələrində "Dərnəgül" dayanacağında elektrik xəttində gərginlik olmadığı üçün iki qatarın hərəkətində gecikmə qeydə alınıb.
"Sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə dərhal operativ tədbirlər görülüb.
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib", - məlumatda qeyd olunub.