ABŞ təsdiqlədi: Ukraynaya 500 raket göndəririk

ABŞ Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, satınalma tamamilə ABŞ-ın tərəfdaşları və müttəfiqləri tərəfindən maliyyələşdiriləcək.

Qeyd olunub ki, bu satış Ukraynanın inteqrasiya olunmuş hava hücumundan və raket hücumlarından müdafiə imkanlarını gücləndirərək.

ABŞ administrasiyası artıq qəbul edilmiş qərar barədə Konqresi məlumatlandırıb.