Lavrova görə nazirlər sammitdə foto çəkdirmədi

Atlantada keçirilən G20 Xarici İşlər Nazirlərinin toplantısında ənənəvi kollektiv foto çəkilməyib.

Associated Press-ə istinadən, çəkiliş bəzi avropalı diplomatların Rusiyanın xarici işlər naziri Sergey Lavrovla eyni fotoda yer almaq istəməməsi səbəbindən ləğv edilib.

Almaniyanın xarici işlər naziri Yohan David Vadeful da Rusiya ilə münasibətlərin normallaşmasının mümkün olmadığını bildirib.