Yəmən husilərin yaşayış rayonlarını minalamasına qarşı BMT-yə müraciət etdi

Yəmənin Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramını (BMTİP) ölkənin yaşayış rayonlarının husilər tərəfindən minalanmasını dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

“Al Jazeera”ya istinadən, bu barədə qurumun bəyanatında bildirilib.

Nazirlik, xüsusilə kənd və digər yaşayış məntəqələrində minaların genişmiqyaslı şəkildə və konkret hədəf seçilmədən yerləşdirilməsini pisləyib. Qurum bu cür əməllərin humanitar nəticələrinə görə bütün məsuliyyəti husilərin üzərinə qoyub.