Naxçıvan Ticarət və Xidmət Departamentinə rəis təyin edilib

İsmayıl Məmmədov Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinə rəis təyin olunub.

Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Anar Babayev bununla bağlı əmr imzalayıb.

İ.Məmmədov buna qədər Naxçıvan Gömrük Baş İdarəsinin Daxili nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bu barədə ilk xəbər anz.az saytında dərc edilib.