Cəlilabadda üç avtomobil toqquşdu

CƏLİLABAD, 30 oktyabr. TELEQRAF

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Mollalı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan iki VAZ-2107 və bir VAZ-2106 markalı avtomobil toqquşub. Nəticədə iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.